Bank Of Baku

Krım Tatarları Məclisi sədrinin birinci müavini: “Biz Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti istəyirik”

Krım Tatarları Məclisi sədrinin birinci müavini: “Biz Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti istəyirik”
# 08 oktyabr 2008 08:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Krım Muxtar Respublikasının statusu burada yaşayan tatarları qane etmir”. APA-nın məlumatına görə, bu fikirləri Krım Tatarları Məclisi sədrinin birinci müavini Refat Çubarov Avropa Parlamentinin deputatları ilə görüşdə bəyan edib: “Krım tatarlarının bir xalq kimi öz müqəddəratını həll etmək hüququ var. Biz Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti istəyirik. Öz vətənində yaşayan bizim xalq hətta hazırkı muxtariyyətin verdiyi səlahiyyətlərdən belə səmərəli istifadə edə bilmir. Krımın siyasətçilərinin əsaslandığı “kim çoxdur, o haqlıdır” prinsipinin demokratiyaya heç bir aidiyyəti yoxdur. Həm də nəzərə almaq lazımdır ki, Krım tatarları öz istəyi ilə torpaqlarında azlıqda qalmayıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR