Bank Of Baku

Azərbaycan prezidenti MDB dövlət başçılarının sammitinə qatılmayacaq

Azərbaycan prezidenti MDB dövlət başçılarının sammitinə qatılmayacaq
# 08 oktyabr 2008 11:48 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda Azərbaycan prezidenti İlham Əliyev iştirak etməyəcək. Azərbaycanı toplantıda baş nazir Artur Rasizadənin təmsil edəcəyi gözlənilir. Oktyabrın 9-da isə Bişkekdə MDB xarici işlər nazirləri Şurasının toplantısı keçiriləcək.

Dövlət başçıları Şurasının gündəliyinə 21, xarici işlər nazirləri Şurasının gündəliyinə isə 26 məsələ daxil edilib. 9 sənəd hər iki iclasda müzakirə olunacaq. MDB-yə sədrlik edən Qırğızıstanın təklifi ilə XİN başçıları Şurasının iclasına Gürcüstanın MDB-də üzvlüyü məsələsi də salınıb.

Xatırladaq ki, avqustun 18-də Gürcüstan XİN MDB-dən çıxmaq barədə notasını qurumun İcra Komitəsinə təqdim edib. Sənəddə deyilir ki, ölkə parlamenti Gürcüstanın MDB-nin yaradılması barədə saziş, MDB-nin Nizamnaməsinin qəbul olunması və İqtisadi ittifaqın yaradılması barədə sənədlərdən çıxdığı barədə qərar qəbul edib. Notada vurğulanır ki, bu 3 sənəddən çıxmaqla, Gürcüstan MDB-dən çıxır.

MDB-nin Nizamnaməsinə görə isə təşkilata üzvlükdən çıxmaq istəyən dövlət 12 ay əvvəldən müraciət etməlidir. Beləliklə, Gürcüstan MDB-dən 2009-cu il avqustun 18-dən çıxmış sayıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR