Bank Of Baku

Gürcüstanın MDB-dən çıxması barədə texniki qərar qəbul olunub

Gürcüstanın MDB-dən çıxması barədə texniki qərar qəbul olunub
# 09 oktyabr 2008 11:24 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda çıxış edən MDB icra katibi Sergey Lebedev deyib ki, Gürcüstanın qurumdan çıxması təşkilatın dağılması üçün səbəb olmayıb, bu gün keçirilən iclasda hansısa digər ölkənin nümayəndəsi MDB-dən çıxmaq barədə bəyanat verməyib.

O, digər MDB ölkələrinin Gürcüstanla xoş qonşuluq və konstruktiv münasibətlərin bərpa olunmasında maraqlı olduğunu deyib. S. Lebedev, həmçinin, bəyan edib ki, MDB-nin qapıları Gürcüstan üçün bağlı deyil, əgər ölkə rəhbərliyi MDB-yə qayıtmaq barədə qərar versə, bu məsələ müsbət həll olunacaq. İcra katibinin sözlərinə görə, Gürcüstan MDB-nin sənədlərində maraqlarına cavab verən iştirakını davam edəcəyini bildirib.

Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR