Bank Of Baku

Sergey Lavrov: “Gürcüstanın MDB-dən çıxmasının bu qurum üçün heç bir neqativ nəticəsi olmayacaq”

Sergey Lavrov: “Gürcüstanın MDB-dən çıxmasının bu qurum üçün heç bir neqativ nəticəsi olmayacaq”
# 09 oktyabr 2008 16:05 (UTC +04:00)
Bişkek-APA. “Gürcüstanın MDB-dən çıxmasının bu qurum üçün heç bir neqativ nəticəsi olmayacaq. Çünki son illər ərzində Gürcüstanın bu qurumda fəaliyyəti yalnız MDB-nin aşınmasına yönəlmişdi”. APA-nın məlumatına görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. O, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Ukraynanın bu qurumdan çıxmaq niyyətini açıqlamadığını bildirib: “Kiyevin MDB-dən çıxmaq barədə düşündüyü barədə verilən bəyanatlar özünü doğrultmadı. Ukrayna nümayəndə heyəti MDB qurumlarının fəaliyyət proseduralarının müzakirəsində son dərəcə aktiv iştirak etdi. Bundan belə nəticə çıxarırıq ki, Ukrayna bu qurum daxilində fəaliyyətini aktivləşdirmək niyyətindədir”. Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının Bişkek toplantısında Gürcüstanın Müstəqil Dövlətlər Birliyindən çıxmasına dair texniki qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR