Bank Of Baku

MDB ölkələrinin xüsusi xidmət orqanları arasında xarici təhlükələrə qarşı mübarizə sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

MDB ölkələrinin xüsusi xidmət orqanları arasında xarici təhlükələrə qarşı mübarizə sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
# 10 oktyabr 2008 10:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri xarici təhlükələrə qarşı mübarizə sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar. APA-nın məlumatına görə sənəd Kişinyovda keçirilən MDB-ə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 9-cu iclasının yekununda qəbul edilib. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi görüşdə beynəlxalq cinayətkarlıqla, xüsusən də narkotik maddələr ticarəti, qeyri-qanuni miqrasiya və silah alverinə qarşı mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş iştirakçıları beynəlxalq terrorizmə, dini və siyasi ekstremizmə, MDB vətəndaşlarının radikal təşkilatların fəaliyyətinə cəlb olunmalarına qarşı birgə səylərlə mübarizə aparmağa hazır olduqlarını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR