Bank Of Baku

Jurnalist 10 il müddətinə azadlıqdan məhrum edilib

Jurnalist 10 il müddətinə azadlıqdan məhrum edilib
# 10 oktyabr 2008 14:35 (UTC +04:00)
Daşkənd-APA. Özbəkistanda jurnalist və insan hüquqları müdafiəçisi Salicon Əbdürrəhmanov 10 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, jurnalist narkotik maddələr satmaqda günahkar bilinib. Salicon Əbdürrəhmanov iyunun əvvəllərində Nukus şəhərində həbs olunub. Onun maşınına baxış keçirilən zaman marixuana və həşişlə dolu iki paket aşkarlanıb. Əvvəlcə “narkotik maddələrin qanunsuz olaraq əldə edilməsi və saxlanması maddəsi” ilə ittiham olunan jurnalist daha sonra “böyük miqdarda narkotik maddə satışı”nda günahlandırılıb. Jurnalist məhkəmədə çıxışı zaman ona qarşı irəli sürülən ittihamları rədd edib. Məhkəmə-tibbi ekspertizası isə Əbdürrəhmanovun narkotik maddələrdən istifadə etmədiyini təsdiqləyib. Jurnalist bildirib ki, istintaq zamanı ona narkotik maddələrlə bağlı bir sula belə verilməyib: “Müstəntiqləri jurnalist olaraq kiminlə əməkdaşlıq etməyim, məlumatları hansı mənbələrdən aldığım maraqlandırırdı”. Qeyd edək ki, Salicon Əbdürrəhmanov əvvəllər “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarında çalışıb. Daha sonra o müstəqil Uznews.net internet resursunu təsis edib. Jurnalist həbsinin siyasi sifariş olduğunu, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR