Bank Of Baku

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniyaya rəsmən start verilib

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniyaya rəsmən start verilib
# 11 oktyabr 2008 08:45 (UTC +04:00)
APA-nın məlumatına görə, seçkilərə rəsmən start verilsə də, kampaniyanın hansı vəsait hesabına maliyyələşəcəyi hələ də sual altındadır. Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün 417,5 milyon qriven vəsait lazım olduğunu bəyan edib, lakin hökumət bu vəsaiti ayırmaqdan imtina edir. Dünən Ukrayna prezidenti Viktor Yuşşenko prezident Yuliya Timoşenkoya məktub yazaraq Nazirlər Kabinetinin növbədənkənar seçkilər üçün vəsait ayırmağa borclu olduğunu bildirib. Lakin hələlik hökumət bu müraciəti cavablandırmayıb. Qeyd edək ki, baş nazir Yuliya Timoşenko Ali Radanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarı Konstitusiyaya zidd addım adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR