Bank Of Baku

Rusiyada “MiQ-29” qırıcı təyyarələrinin uçuşu qadağan edilib

Rusiyada “MiQ-29” qırıcı təyyarələrinin uçuşu qadağan edilib
# 17 oktyabr 2008 13:26 (UTC +04:00)
Moskva-APA. Rusiyada xüsusi sərəncam verilənə kimi “MiQ-29” qırıcı təyyarələrinin uçuşları dayandırılıb. APA-nın məlumatına görə, uçuşlar dünən Çita vilayətində baş verən təyyarə qəzasının səbəbləri dəqiq məlum olmayınca, bərpa edilməyəcək. Sibir hərbi dairəsinin aviasiya qərargahından bildiriblər ki, ilkin məlumatlara görə qəza texniki səbəblərdən baş verib. Təyyarənin düşdüyü yerdə “qara qutu”ların axtarışı davam edir. Qeyd edək ki, “MiQ-29” qırıcı təyyarəsi planlaşdırılmış uçuş zamanı “Çita şəhərinin 40 kilometrliyində qəzaya uğrayıb. Pilot vaxtında təyyarəni tərk etməyə müvəffəq olub. Qəzaya uğramış təyyarənin qalıqları artıq aşkarlanıb, araşdırma gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR