Bank Of Baku

Rusiya prezidenti MDB işləri üzrə Agentliyə rəhbər təyin edib

Rusiya prezidenti MDB işləri üzrə Agentliyə rəhbər təyin edib
# 18 oktyabr 2008 08:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya prezidenti Dmitri Medvedyev yeni yaradılmış MDB, Xaricdə Yaşayan Soydaşlar və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Agentliyə rəhbər təyin edib. APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin fərmanı ilə bu vəzifəyə Fərid Muxametşin təyin olunub.
Prezidentin digər fərmanı ilə F. Muxametşin Rusiyanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.
Qeyd edək ki, yeni yaradılmış agentliyin məqsədi Rusiya siyasətinin MDB-də aktivləşməsi məqsədini güdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR