Bank Of Baku

İnquşetiyada hərbi maşın karvanı atəşə tutulub, ölən və yaralananlar var

İnquşetiyada hərbi maşın karvanı atəşə tutulub, ölən və yaralananlar var
# 18 oktyabr 2008 10:44 (UTC +04:00)
İnquşetiya – APA. İnquşetiyada yaraqlılar hərbi avtomobil karvanını atəşə tutublar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Alxastı-Surxaxi yolunda 15 nəfərə yaxın olduqları güman edilən silahlı şəxslər avtomat və qumbaraatanlarla hərbi maşın karvanına hücum ediblər. Nəticədə 2 hərbçi ölüb, 2-si yaralanıb. Basqınçılar hadisədən sonra meşəyə qaçıblar. Onları təqib edərkən daha 3 hərbçi yaralanıb. Bir neçə yaraqlının öldürüldüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR