Bank Of Baku

Rusiya prezidentinin Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq

Rusiya prezidentinin Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq
# 20 oktyabr 2008 09:02 (UTC +04:00)
APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, Dmitri Medvedev həmkarı Serj Sarkisyanla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. Rusiya prezident administrasiyasından bildiriblər ki, danışıqlarda iki ölkə arasında əməkdaşlığın geniş spektri, Qafqazdakı vəziyyət və aktual beynəlxalq məsələlər müzakirə olunacaq: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki fəal və konstruktiv vasitəçilik səylərinin davamı olaraq bu məsələyə dair fikir mübadiləsi aparılacaq. Rusiyanın bu problemlə bağlı prinsipial mövqeyi dəyişməzdir: Moskva hər iki tərəfi qane edəcək həll yolu tapılması üçün tərəflərə yardımçı olmağa davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR