Bank Of Baku

Serj Sərkisyan Robert Simmonsla görüşüb

Serj Sərkisyan Robert Simmonsla görüşüb
# 20 oktyabr 2008 14:26 (UTC +04:00)
İrəvan-APA. Ermənistan prezidenti Serj Sərkisyan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Robert Simmonsla görüşüb. APA-nın “Panarmenian”a istinadən yaydığı məlumata görə, Sərkisyan bildirib ki, Avropaya inteqrasiya Ermənistan xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır və Ermənistan-NATO əməkdaşlığı bu istiqamətlərdən biridir. Ermənistan prezidenti ölkəsinin Qafqazda gedən son proseslərə dair mövqeyini açıqlayıb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələlərinə toxunub. Robert Simmons Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq təşəbbüsünü dəstəklədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR