Bank Of Baku

Rusiya Ermənistana mavi yanacaq nəqlini dayandırıb

Rusiya Ermənistana mavi yanacaq nəqlini dayandırıb
# 20 oktyabr 2008 16:25 (UTC +04:00)
İrəvan-APA. Rusiya Ermənistana mavi yanacaq nəqlini müvəqqəti olaraq dayandırıb. APA-nın “Panarmenian”a istinadən yaydığı məlumata görə, “ArmRosqazprom” bununla bağlı rəsmi xəbər yayıb. Məlumatda bildirilir ki, Gürcüstan ərazisindən keçən magistral qaz kəmərinin qış mövsümündə fasiləsiz işini təmin etmək məqsədilə profilaktik tədbirlər aparılır və bu səbəbdən oktyabrın 19-dan etibarən Ermənistana qaz nəqli dayandırılıb. Hazırda Ermənistan əhalisinin mavi yanacağa olan tələbatı Abovyan qaz anbarının ehtiyatları hesabına ödənilir. Ermənistana qaz nəqlinin 2-3 gün sonra bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR