Bank Of Baku

Abxaziya və Cənubi Osetiyanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidməti mühafizə edəcək

Abxaziya və Cənubi Osetiyanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidməti mühafizə edəcək
# 21 oktyabr 2008 07:01 (UTC +04:00)
APA-nın məlumatına görə, saziş Rusiya Dövlət Dumasının bu separatçı bölgələrlə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım barədə sazişi ratifikasiya etdikdən sonra imzalanacaq. Sazişi ratifikasiya etmək üçün dünən Dumaya təqdim edən prezident Dmitri Medvedev bu sənədi prioritet qaydada qəbul etməyə çağırıb.

Sərhədlərin mühafizəsi hər iki sazişin yeddinci maddəsində öz əksini tapıb. Bu maddəyə əsasən, Rusiya hər iki bölgənin sərhədlərini qarşılıqlı razılaşma əsasında mühafizə edəcək. Dumada ratifikasiya olunan sənədə həmçinin Rusiya və separatçı bölgələrin bir-birinin ərazisində hərbi bazalar tikmək, istifadə etmək və mükəmməlləşdirmək hüququ verir. Sentyabrın əvvəllərində Rusiyanın müdafiə naziri Anatoli Serdyukov prezidentə etdiyi məruzəsində bildirib ki, hər iki bölgənin rəhbərliyi ilə bu ərazilərdə 3,800 nəfərlik Rusiya hərbi kontingentinin yerləşdirilməsi barədə razılaşma əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR