Bank Of Baku

Rusiya Çexiya ərazisində yerləşdiriləcək ABŞ raket hücumundan müdafiə sistemini təftiş etmək istəyir

Rusiya Çexiya ərazisində yerləşdiriləcək ABŞ raket hücumundan müdafiə sistemini təftiş etmək istəyir
# 21 oktyabr 2008 07:35 (UTC +04:00)
Moskva-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ-ın Çexiyada raket hücumundan müdafiə sistemi yerləşdirməsi ilə bağlı narahatlığı yalnız bu obyektlərdə rus nümayəndələrin iştirakı ilə aradan qaldırıla bilər. APA-nın məlumatına görə, Lavrov amerikalı həmkarı Kondoliza Rays və Pentaqon rəhbəri Robert Qeytslə bu obyektlərin Rusiya tərəfindən daim təftiş edilməsi barədə şifahi razılıq əldə olunduğunu bildirib. Lakin sonradan ABŞ-ın təqdim etdiyi sənəddə bu məsələ öz əksini tapmayıb. Qeyd edək ki, iyulun 8-də ABŞ-la Çexiya arasında bu ölkə ərazisində ABŞ raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə dair saziş imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR