Bank Of Baku

Rusiyanın Latviyadakı səfirliyinin əməkdaşı Mixail Saakaşviliyə sui-qəsd hazırlamaqda ittiham olunur

Rusiyanın Latviyadakı səfirliyinin əməkdaşı Mixail Saakaşviliyə sui-qəsd hazırlamaqda ittiham olunur
# 21 oktyabr 2008 09:00 (UTC +04:00)
Riqa-APA. Latviyanın “TV3” telekanalının jurnalistlər Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşını Mixail Saakaşviliyə sui-qəsd hazırlamaqda ittiham ediblər. APA-nın məlumatına görə, bazar günü efirə gedən “Şəxsi heç nə” proqramında bildirilib ki, 2000-2004-cü illərdə Rusiyanın Gürcüstandakı səfirliyinin ikinci katibi olmuş, hazırda Riqada diplomatik nümayəndəlikdə işləyən Aleksandr Xapilov Mixail Saakaşviliyə sui-qəsd edəcək şəxslərin seçilməsi ilə məşğul olub. Telejurnalistlərin versiyasına görə, sui-qəsd baş tutmayıb, killerlər əməliyyata gedən zaman yolda avtomobil qəzasına düşərək ölüblər. Bundan başqa verilişdə bildirilib ki, Aleksandr Xapilov casusluq fəaliyyəti aşkarlandığına görə Gürcüstanı tərk etmək məcburiyyətində qalıb. “TV3” telekanalı bu məlumatı “Rustavi-2” telekanalının jurnalisti Tengiz Qotoşviliyə istinadən yayıb. Rusiyanın Latviyadakı səfirliyi bu ittihamları rəsmən təkzib edib. Səfir Aleksandr Veşnyakov bildirib ki, rus diplomatın Saakaşviliyə qarşı sui-qəsd hazırlaması dezinformasiyası Rusiya-Gürcüstan münasibətlərinin kəskinləşdiyi bir vaxtda qəsdən yayılır. Səfir Aleksandr Xapilovun Gürcüstanı casusluq fəaliyyəti aşkarlandığına görə deyil, diplomatik missiyası başa çatdığına görə tərk etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR