Bank Of Baku

Rusiya akademikləri bakılı alim haqqında çəkilən filmin nümayişinə etiraz edirlər

Rusiya akademikləri bakılı alim haqqında çəkilən filmin nümayişinə etiraz edirlər
# 22 oktyabr 2008 13:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya akademikləri Nobel mükafatı laureatı, fizik Lev Landaunun həyatından bəhs edən “Mənim ərim dahidir” adlı filmin nümayişinə etirazlarını bildiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, akademiklər hesab edirlər ki, ictimai baxışı keçirilmiş film geniş ictimaiyyətə təqdim olunmamalıdır. Alimlərin fikrincə, filmdə yer almış hadisələrin L. Landaunun yaratdığı elmi məktəbdə olan münasibətlərə heç bir aidiyyəti yoxdur. Rusiya Elmlər Akademiyası “Birinci kanal”ın (ORT) rəhbərliyinə məktub göndərərək filmin televiziyada nümayişinə yol verilməməsini xahiş edib.

Qeyd edək ki, Azərbaycanda doğulmuş L. Landau haqqında filmin bəzi fraqmentləri Bakıda çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR