Bank Of Baku

Rusiya ordusunda gizir və miçman vəzifələri ləğv olunacaq

Rusiya ordusunda gizir və miçman vəzifələri ləğv olunacaq
# 23 oktyabr 2008 11:53 (UTC +04:00)
Moskva-APA. Rusiya Silahlı Qüvvələrində gizir və miçman vəzifələri ləğv olunacaq. APA-nın məlumatına görə, “İnterfaks” agentliyi bu xəbəri Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, orduda xidmət keçən 90 min gizir və 50 min miçman ya ixtisar olunacaq, yaxud da başqa vəzifəyə keçiriləcək. Onların bir qisminin ehtiyata buraxılacağı gözlənilir. Qeyd edək ki, sovet qoşunlarında gizir və miçman vəzifələri 1971-ci ildə tətbiq olunub. 1981-ci ildə isə baş gizir və baş miçman rütbələri təsis edilib. Hazırda Rusiyada bu vəzifələrin ləğvi Silahlı Qüvvələrdə ümumi ixtisar çərçivəsində həyata keçirilir. 2012-ci ilə kimi Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətini tərkibi 1,2 milyon nəfərdən 1 milyon nəfərədək azaldılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR