Bank Of Baku

Abxaziyadakı separatçı rejimin yüksək vəzifəli əməkdaşı Eduard Eminzadə qətlə yetirilib

Abxaziyadakı separatçı rejimin yüksək vəzifəli əməkdaşı Eduard Eminzadə qətlə yetirilib
# 23 oktyabr 2008 12:10 (UTC +04:00)
Suxumi-APA. Abxaziyadakı separatçı rejimin “Müdafiə Nazirliyinin” yüksək vəzifəli əməkdaşı qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, “nazirliyin” kəşfiyyat bölməsinin rəisi Eduard Eminzadənin cəsədi Qal rayon mərkəzində Şamuqia soyadlı şəxsin evindən tapılıb. Onun başından aldığı güllə yarasından vəfat etdiyi bildirilir. Bir müddət sonra ev sahibinin cəsədi “İnqur” nəzarət-buraxılış məntəqəsindən 500 metr məsafədə, çay sahilində aşkarlanıb. Baş verən hadisə ilə bağlı separatçı bölgənin lideri Sergey Baqapş güc strukturlarının rəhbərlərinin iştirakı ilə fövqəladə iclas keçirib. Toplantıda Eduard Eminzadənin Gürcüstan xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilməsi ilə bağlı versiya səslənib. Qeyd edək ki, Eduard Eminzadənin xidməti maşını iyunun 20-də Suxumudə naməlum şəxslər tərəfindən atəşə tutulub. Sui-qəsd nəticəsində Eminzadə və sürücüsü yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR