Bank Of Baku

Çeçenistanda baş verən partlayışlar nəticəsində 8 milis yaralanıb

Çeçenistanda baş verən partlayışlar nəticəsində 8 milis yaralanıb
# 24 oktyabr 2008 07:18 (UTC +04:00)
Qroznı – APA. Çeçenistanın Urus-Martan rayonunun Qoy-Çu qəsəbəsi ərazisində baş verən partlayışlar nəticəsində 8 milis işçisi yaralanıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qəsəbədəki yaşayış evlərinin birində yanğın başladıqdan sonra bir qrup milis işçisi hadisə yerinə gəlib, elə bu zaman uzaqdan idarə olunan mina partlayıb. Nəticədə 1 milis yaralanıb. Bu qrupa köməyə gələn milislər də minaya düşüblər və daha 7 nəfər yaralanıb. Yaralı milislərin hamısı xəstəxanaya çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR