Bank Of Baku

Ukrayna XİN: Rusiya hərbi donanması nəzərdə tutulan vaxtdan artıq Ukraynada qala bilməz

Ukrayna XİN: Rusiya hərbi donanması nəzərdə tutulan vaxtdan artıq Ukraynada qala bilməz
# 24 oktyabr 2008 11:16 (UTC +04:00)
Kiyev – APA. “Rusiyanın Qara dəniz donanmasının Ukrayna ərazisində qalması ilə bağlı müddətin uzadılması müzakirə mövzusu ola bilməz”. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Ukrayna Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Vasili Kiriliç çıxış edib. O, müddətin uzadılmasının qeyri-mümkünlüyünü dəfələrlə bəyan etdiklərini xatırladıb: “Dövlətimizin mövqeyi dəyişməzdir: Rusiya Federasiyasının Qara dəniz donanması 2017-ci il mayın 22-dən sonra Ukrayna ərazisini tərk etməlidir”. V. Kiriliç bildirib ki, Ukrayna tərəfi donanmanın çıxarılması ilə bağlı bütün məsələləri vaxtından əvvəl razılaşdırmağı təklif edir: “Bu cür yanaşma Rusiyanın öz hərbi birləşmələrini bizim ərazimizdən çıxarmağa hazır olmamasına dair ritorikadan qaçmağa kömək edərdi”. V. Kiriliç Ukraynada baş verə biləcək hakimiyyət dəyişikliyi və digər daxili siyasi proseslərin dövlətin mövqeyinə təsir göstərməyəcəyini, bu mövqenin Konstitusiyada əksini tapdığını vurğulayıb.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sevastopoldakı Qara dəniz donanmasının 2017-ci ildən sonra da Ukraynada qalması ilə bağlı məsələnin müzakirəsini təklif edəcəklərini söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR