Bank Of Baku

MDB-nin münaqişəli vəziyyətlərlə bağlı Komitəsinin yaradılması müzakirə edilir

MDB-nin münaqişəli vəziyyətlərlə bağlı Komitəsinin yaradılması müzakirə edilir
# 24 oktyabr 2008 12:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 23-24-də Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində birlik ölkələri ərazilərində münaqişələrin qarşısının alınması məsələlərində əməkdaşlığa dair ekspertlərin məsləhətləşmələri keçirilib. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş iştirakçıları münaqişələrin qarşısının alınması və nizamlanması üzrə xüsusi nümayəndə (missiya rəhbəri) haqqında saziş layihəsi və MDB-nin münaqişəli vəziyyətlərlə bağlı Komitəsi haqqında Əsasnamə layihəsini müzakirə ediblər. Ekspertlər MDB ölkələri ərazilərində münaqişələrin qarşısının alınması və nizamlanması üçün mexanizmlərin hazırlanmasının vacibliyini vurğulayaraq müvafiq sənədlərin qəbul olunması təşəbbüsünü dəstəkləyiblər. Ekspertlər bu istiqamətdə işi davam etdirməyi qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR