Bank Of Baku

Akademik Boris Paton, futbolçu Andrey Şevçenko və digər tanınmış şəxslər Ukraynada növbədənkənar seçkilərin əleyhinə çıxıblar

Akademik Boris Paton, futbolçu Andrey Şevçenko və digər tanınmış şəxslər Ukraynada növbədənkənar seçkilərin əleyhinə çıxıblar
# 24 oktyabr 2008 12:37 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın məşhur ictimai-siyasi xadimləri və iş adamları növbədənkənar parlament seçkilərinin keçirilməsinin əleyhinə çıxaraq siyasi baxımdan neytral hökumətin yaradılması təklifini irəli sürüblər. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bu mövqe və təklif həmin şəxslərin prezidentə və bütün vətəndaşlara müraciətində əksini tapıb. Müəlliflər maliyyə böhranının ölkə iqtisadiyyatının iflasına səbəb ola biləcəyini vurğulayaraq siyasətçiləri müvəqqəti olaraq öz partiya mənsubiyyətlərini unutmağa, bir-birinə qarşı deyil, böhranın nəticələri ilə mübarizə aparmağa çağırıblar. Onlar hesab edirlər ki, bunun üçün prezident Ali Radaya növbədənkənar seçkilərin keçirilməsi haqqında fərmanını geri götürməlidir. Böhrana qarşı peşəkarcasına tədbirlər görmək üçünsə neytral hökumət funksiyalarını yerinə yetirəcək Ali İqtisadi Şuranın yaradılması təklif olunur.
Məktubu ölkənin ilk prezidenti Leonid Kravçuk, Milli Elmlər Akademiyasının prezidenti Boris Paton, “Donbas Sənaye İttifaqı” korporasiyasının Direktorlar Şurasının sədri Sergey Taruta, məşhur yazıçılar Boris Oleynik və Andrek Kurkov, tanınmış idmançılar – futbolçu Andrey Şevçenko, tennisçi Andrey Medvedev və digər şəxslər imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR