Bank Of Baku

Adler-Moskva təyyarəsini qaçırmağa cəhd edən şəxs zərərsizləşdirilib – YENİLƏNİB

Adler-Moskva təyyarəsini qaçırmağa cəhd edən şəxs zərərsizləşdirilib – <font color=red>YENİLƏNİB </font>
# 24 oktyabr 2008 16:27 (UTC +04:00)
Moskva – APA. Adler-Moskva təyyarəsində insident baş verib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri ayağa qalxaraq “Allahu-Əkbər” deyə qışqırıb. O, təyyarəni ələ keçirdiyini bildirərək Moskvaya uçan təyyarənin Avstriyanın paytaxtı Vyanaya yönəlməsini tələb edib. Qrafikə əsasən təyyarə Moskva vaxtı ilə saat 17.45-də “Vnukovo” hava limanına enməlidir. “Boeing-737” təyyarəsində 130 sərnişin var.

Təyyarə Moskva vaxtı ilə saat 18.05-də “Vnukovo”ya enib. Xüsusi xidmət orqanları təyyarəni partlatmaqla hədələyən naməlum şəxsi zərərsizləşdiriblər. O, həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR