Bank Of Baku

Rusiya ilə Abxaziya və Cənubi Osetiya arasında əməkdaşlıq haqqında saziş Dövlət Dumasında ratifikasiya olunub

Rusiya ilə Abxaziya və Cənubi Osetiya arasında əməkdaşlıq haqqında saziş Dövlət Dumasında ratifikasiya olunub
# 29 oktyabr 2008 10:50 (UTC +04:00)
Moskva-APA. Dövlət Duması Rusiya ilə Abxaziya və Cənubi Osetiya arasında əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, saziş hər iki separatçı bölgəyə Rusiyanın hərbi yardım göstərməsinə qarantiya verir, bu ərazilərdə Rusiya hərbi bazalarının yerləşdirilməsini rəsmiləşdirir. Bundan başqa sazişə əsasən Rusiya vətəndaşları Abxaziya və Cənubi Osetiya vətəndaşlığı, osetinlər və abxazlar isə Rusiya vətəndaşlığı ala bilərlər. Rusiya saziş çərçivəsində hər iki separatçı bölgəyə iqtisadi və sosial yardım göstərəcək. Bu çərçivədə Abxaziya və Cənubi Osetiya Rusiyanın vahid energetika, rabitə və nəqliyyat məkanına daxil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR