Bank Of Baku

Dünyanın ən varlı siyasətçisi Süleyman Kərimovdur

Dünyanın ən varlı siyasətçisi Süleyman Kərimovdur
# 29 oktyabr 2008 12:02 (UTC +04:00)
London – APA. Böyük Britaniyada nəşr olunan nüfuzlu “The Times” qəzeti dünyanın ən varlı 10 siyasətçisinin siyahısını hazırlayıb. APA-nın məlumatına görə, bu siyahıya əsasən dünyanın ən zəngin siyasətçisi Rusiya Federasiya Şurasının Dağıstandan olan üzvü Süleyman Kərimovdur. “Qazprom”, “Sberbank”, Moskva şəhər Telefon Şəbəkəsi, “Polimetall” və digər şirkətlərdə səhm paketi olan S. Kərimovun sərvəti 17,5 milyard dollar məbləğində qiymətləndirilir. Siyahıda daha iki rusiyalı var. “Lenstroyrekonstruksiya” şirkətinin səhmdarı, səhiyyə və sosial inkişaf nazirinin köməkçisi Andrey Molçanov 7-ci, “Moy bank” maliyyə-investisiya qrupunun sahibi, “Altimo” şirkətinin səhmdarı, Dövlət Dumasının deputatı Qleb Fetisov isə 8-ci sıradadır. Siyahıda iki ukraynalının da adı var. Regionlar Partiyasından olan deputat, 7,3 milyard dollarlıq sərvətin sahibi Rinat Əhmədov 6-cı, “Yuliya Timoşenko” blokunun deputatı, 3,4 milyard dolları olan Konstantin Jevaqo isə 9-cu yerdədir.
Siyahıda ikinci yeri Nyu-York meri Maykl Blumberq, üçüncü yeri Paris ətrafındakı Korbey-Esson şəhərinin meri Serj Dasso tuturlar. M. Blumberq telekanallara, radiolara və məşhur “Bloombeerg News” agentliyinə sahiblik edən tanınmış media maqnatıdır. Dasso ailəsi isə “Dassault Aviation” aviakonserninin sahibidir.
Ən zəngin siyasətçilərin siyahısında 10-cu yeri “Saudi Oger” tikinti şirkətinin sahibi, Livanın keçmiş baş naziri Rəfiq Həririnin oğlu Səəd Həriri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR