Bank Of Baku

İnquşetiya prezidenti Murad Zyazikov istefaya göndərilib

İnquşetiya prezidenti Murad Zyazikov istefaya göndərilib
# 31 oktyabr 2008 07:27 (UTC +04:00)
Moskva-APA. Rusiya prezidenti Dmitri Medvedev İnquşetiya prezidenti Murad Zyazikovu istefaya göndərib. APA-nın məlumatına görə, İnquşetiya prezidentinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Privoljsk-Ural hərbi dairəsinin qərargah rəisinin müavini Yunusbek Evkurova tapşırılıb. “İnterfaks” agentliyi isə Murat Zyazikovun öz istəyi ilə istefaya getdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, son zamanlar İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum faktları artıb. Ötən bir ay ərzində həmçinin Murad Zyazikovun qohumlarına və respublikanın yüksək vəzifəli şəxslərinə bir neçə sui-qəsd təşkil olunub. 2002-ci ildən İnquşetiyaya rəhbərlik edən Zyazikov inquş müxalifətçisi Maqomed Yevloyevin milislər tərəfindən qətlə yetirilməsindən sonra ciddi tənqid atəşinə tutulub. Yevloyevin ailəsi bu hadisədən sonra prezident Zyazikovu qan düşməni elan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR