Bank Of Baku

MDB-nin Dövri nəşr, kitab çapı, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlığa dair Dövlətlərarası Şurasının iclası keçirilib

MDB-nin Dövri nəşr, kitab çapı, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlığa dair Dövlətlərarası Şurasının iclası keçirilib
# 31 oktyabr 2008 12:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Qırğızıstanın Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövri nəşr, kitab çapı, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlığa dair Dövlətlərarası Şurasının XI iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, toplantıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, informasiya və reklamın təşkili şöbəsinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynlidən ibarət olan nümayəndə heyəti ilə təmsil olunub. Toplantıda dövri nəşr, kitab çapı, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlığa dair Dövlətlərarası Şuranın XII iclasının 2009-cu ilin martında Düşənbədə keçirilməsi haqqında qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR