Bank Of Baku

Ukraynada kənd küçələrinə prezident Yuşşenko və baş nazir Timoşenkonun adları verilib - FOTO

Ukraynada kənd küçələrinə prezident Yuşşenko və baş nazir Timoşenkonun adları verilib - <font color=red>FOTO</font>
# 03 noyabr 2008 14:12 (UTC +04:00)
Kiyev-APA. Ukraynanın Petrilovo kəndinin küçələrindən birinə prezident Viktor Yuşşenkonun adı verilib. APA-nın məlumatına görə, bu küçədə daşqından sonra tikilmiş səkkiz ev yerləşir. Viktor Yuşşenko ölkədə baş verən daşqınlar zamanı Petrilovo kəndinə baş çəkib və yerli əhaliyə problemlərini həll etməkdə kömək göstərməyə söz verib. İvano-Frankovsk rayonunun Prutivka kəndinin küçələrindən biri isə baş nazir Yuliya Timoşenkonun adını daşıyacaq. Bu küçə də daşqından sonra tikilmiş yeni evlərdən ibarətdir. Ukrayna hökuməti iyulda baş verən daşğının nəticələrinin aradan qaldırılmasına 40 milyon dollar vəsait ayırsa da, sonradan parlamentin təkidi ilə bu rəqəm 1,2 milyard dollara çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR