Bank Of Baku

Gürcüstanın katolikos-patriarxı II İlya xəstəxanaya yerləşdirilib

Gürcüstanın katolikos-patriarxı II İlya xəstəxanaya yerləşdirilib
# 04 noyabr 2008 08:01 (UTC +04:00)
Bakı - APA. Gürcüstanın katolikos-patriarxı II İlya Almaniyadakı klinikalardan birinə yerləşdirilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, onun ürəyində problemlər yaranıb. Gürcüstan Pravoslav Kilsəsinin rəsmi məlumatında bildirilir ki, II İlya Almaniyada müayinədən keçib və həkimlər onun xəstəxanaya yerləşdirilməsini məsləhət biliblər.

Hazırda özünü yaxşı hiss edən II İlya 10 gün ərzində həkim nəzarəti altında olacaq. Bununla əlaqədar onun İtaliya və Fransaya nəzərdə tutulan səfəri başqa vaxta keçirilib.

Qeyd edək ki, II İlya (İrakli Quduşauri-Şiolaşvili) 1933-cü il yanvarın 4-də doğulub. 1977-ci ildən Gürcüstan Pravoslav Kilsəsinin başçısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR