Bank Of Baku

Viktor Yuşşenko onun adına küçə verilməsinə etiraz edib

Viktor Yuşşenko onun adına küçə verilməsinə etiraz edib
# 04 noyabr 2008 16:02 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko İvano-Frankovsk vilayətinin Tlumaç rayonunun Petriliv kəndində onun adına küçə verilməsinə etirazını bildirib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, kənd sakinlərinə məktub göndərən V. Yuşşenko bildirib ki, fəaliyyətdə olan vəzifəli şəxslərin və siyasətçilərin adının əbədiləşdirilməsi totalitar dövrlərin ənənəsidir və bugünkü dövrdə qəbuledilməzdir: “Təbii fəlakətdən zərər çəkənlərə yardım çağırışına bütün ölkə əhalisinin qoşulduğunu, bu günlərdə Qərbi Ukrayna Xalq Respublikasının 90 illiyini qeyd etməyimizi, gələn ilin yanvarında isə Zluka Birləşmə Aktının elan olunmasının 90 illiyini qeyd edəcəyimizi nəzərə alaraq mənim adıma verilmiş küçənin Zluka küçəsi adlandırılmasını müzakirəyə çıxarmağınızı xahiş edirəm”.
Xatırladaq ki, sel fəlakətindən zərər çəkdikdən sonra yeni evlərin inşa olunduğu Petriliv kəndində sakinlərin istəyi ilə prezident Viktor Yuşşenkonun adına küçə verilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR