Bank Of Baku

Saakaşvili Gürcüstan-Rusiya hərbi qarşıdurması zamanı buraxdığı səhvlərə görə Silahlı Qüvvələrin baş qərargah rəisini vəzifədən azad edib

Saakaşvili Gürcüstan-Rusiya hərbi qarşıdurması zamanı buraxdığı səhvlərə görə Silahlı Qüvvələrin baş qərargah rəisini vəzifədən azad edib
# 05 noyabr 2008 07:27 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının rəisi tutduğu vəzifədən azad edilib. APA-nın məlumatına görə, prezident Mixail Saakaşvilinin sərəncamı ilə bu posta Vladimir Çaçibaya təyin olunub. Saakaşvili bildirib ki, qərargah rəisinin vəzifəsindən azad edilməsinə səbəb avqustda baş verən Gürcüstan-Rusiya hərbi qarşıdurmasının analizinin nəticələridir: “Düşmən bizim evə soxulub, iki otağımızı ələ keçirib və indi yerini rahatlayır. Qonaq Allah qonağıdır, amma belə qonaq kimsəyə qismət olmasın. Buna görə də biz mövqelərimizi möhkəmləndirməli və itirdiklərimizi geri qaytarmalıyıq”. Mixail Saakaşvili sabiq qərargah rəisinə Zaze Qoqavaya göstərdiyi peşəkarlığa görə təşəkkür edib və bildirib ki, münaqişə zamanı buraxılmış səhvlər aradan qaldırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR