Bank Of Baku

Rusiya Polşa ilə sərhəddə “İsgəndər” operativ-taktiki raket kompleksi yerləşdirəcək

Rusiya Polşa ilə sərhəddə “İsgəndər” operativ-taktiki raket kompleksi yerləşdirəcək
# 05 noyabr 2008 12:11 (UTC +04:00)
Moskva – APA. Rusiya Kalininqrad vilayətinin ərazisində “İsgəndər” operativ-taktiki raket kompleksi yerləşdirəcək. Bununla da Rusiya öz sərhədləri yaxınlığındakı ABŞ raket hücumundan müdafiə sisteminə qarşı balans yaratmış olacaq. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu prezident Dmitri Medvedev Federal Şuraya müraciətində bəyan edib. O, Kozelskdə (Kalujsk vilayəti) dislokasiya olunmuş raket diviziyasının tərkibindəki 3 alayın hərbi növbətçilikdən çıxarılması niyyətindən imtina etdiklərini bildirib. 2010-cu ilə qədər diviziyanın özünün ləğvi nəzərdə tutulsa da, bundan da imtina edilib.
Qeyd edək ki, Kalininqrad Rusiyanın ən kiçik və ən ucqar qərb vilayətidir. Vilayət cənubda Polşa, şimal və şərqdə Litva ilə həmsərhəddir. Vilayətin qərbdə Baltik dənizinə çıxışı var. ABŞ Avropadakı raket hücumundan müdafiə sisteminin bir elementini məhz Polşada yerləşdirəcək. Rusiya Quru Qoşunlarının sərəncamında olan və “möcüzə raket” adlandırılan “İsgəndər” isə adını əfsanəvi sərkərdə Makedoniyalı İsgəndərin adından götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR