Bank Of Baku

Viktor Yuşşenko maliyyə böhranı ilə əlaqədar öz katibliyində ixtisar aparıb

Viktor Yuşşenko maliyyə böhranı ilə əlaqədar öz katibliyində ixtisar aparıb
# 06 noyabr 2008 08:28 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko öz katibliyindəki müşavir vəzifələrini ləğv edib. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, V. Yuşşenko imzaladığı fərmanla prezident katibliyində, Dövlət İşlər İdarəsində və Milli Təhlükəsizlik və Müdafiə Şurasında ixtisar aparıb. Məqsəd idarəetmə orqanlarına büdcədən ayrılan vəsaitin həcmini azaltmaqdır.
Qeyd edək ki, V. Yuşşenkonun 4-ü ictimai əsaslarla olmaqla, 19 müşaviri vardı. Ştatlı müşavirlər ayda təxminən 1500 dollar maaş alırdılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR