Bank Of Baku

Qazaxıstan Xalqları Assambleyasının üzvləri Azərbaycana gəliblər

Qazaxıstan Xalqları Assambleyasının üzvləri Azərbaycana gəliblər
# 06 noyabr 2008 09:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Qazaxıstan Xalqları Assambleyasının nümayəndə heyəti Bakıda səfərdədir. Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin Mədəniyyət və Turizm Nazirliyində, «Azərbaycan-Qazaxıstan» Dostluq Cəmiyyətində görüşləri nəzərdə tutulur.

Assambleya üzvləri ilə birlikdə Qazaxıstan mədəniyyət və incəsənət ustaları da Bakıya gəliblər. Bu axşam Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan və Qazaxıstan incəsənət ustalarının iştirakı ilə «Dostluq Aləmi – Dostluq Planeti» adlı konsert keçiriləcək.

Qeyd edək ki, Qazaxıstan Xalqları Assambleyası 1995-ci ildə bu ölkənin prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb. Assambleyanın sədri də N. Nazarbayev özüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR