Bank Of Baku

MDB hökumət başçıları Kişinyovda 35 sənəd layihəsini müzakirə edəcəklər

MDB hökumət başçıları Kişinyovda 35 sənəd layihəsini müzakirə edəcəklər
# 06 noyabr 2008 09:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Noyabrın 14-də Moldovanın paytaxtı Kişinyovda Müstəqil Dövlətlər Birliyi (MDB) hökumət başçıları Şurasının növbəti iclası keçiriləcək. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 35 sənəd layihəsi müzakirə ediləcək. Əsas müzakirə mövzusu MDB-nin 2020-ci ilə qədər iqtisadi inkişafı strategiyası olacaq. Oktyabrın 10-da Bişkekdə keçirilən sammitdə MDB dövlət başçıları bu sənədi razılaşdırıblar və hökumət başçılarına tapşırıblar ki, məsələni yenidən müzakirə edib yekun qərar qəbul etsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR