Bank Of Baku

Ukrayna Təhlükəsizlik Xidməti erməni deputatın qanunsuz əməlini ifşa edib

Ukrayna Təhlükəsizlik Xidməti erməni deputatın qanunsuz əməlini ifşa edib
# 06 noyabr 2008 14:37 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Təhlükəsizlik Xidməti Ali Radanın bəzi deputatlarının qanunsuz əməllərini ifşa edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Təhlükəsizlik Xidmətinin sədri Valentin Nalivayçenko keçirdiyi brifinqdə qeyri-qanuni hərəkətlərə yol vermiş millət vəkillərinin adlarını açıqlayıb. O, daxili işlər naziri Yuri Lutsenkonun başçılıq etdiyi “Xalq Özünümüdafiəsi” blokunun deputatı Gennadi Moskal və “Yuliya Timoşenko” blokunun deputatı İvan Sidelnik haqqında toplanan materialları prokurorluğa göndərdiklərini söyləyib. V. Nalivayçenko bildirib ki, G. Moskal bir sıra şəxslərə qeyri-qanuni olaraq müharibə veteranı vəsiqəsi düzəldib. İ. Sidelnik isə Sum vilayətində məhkəmənin işinə maneçilik törədib və nəticədə vaqon təmiri zavodu qanunsuz olaraq ələ keçirilib.

Təhlükəsizlik Xidmətinin sədri əlavə edib ki, Dnepropetrovskda fəaliyyət göstərən FSB-nin (“Finansovıy Soyuz Bank“) qeyri-qanuni olaraq xaricə pul köçürmələri həyata keçirdiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, bu bankın səhmlərinin 60%-i “Yuliya Timoşenko” blokunun deputatı Qaregin Arutyunova məxsusdur.
Xatırladaq ki, prezident Viktor Yuşşenko bu yaxınlarda Ali Radanın bəzi deputatlarının qaçaqmalçılıqla məşğul olduğunu açıqlayıb. O, bəyan edib ki, parlamentin bəzi üzvlərinin “Xromoy” və “Vorobyi” adlanan cinayətkar qruplaşmalarla əlaqəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR