Bank Of Baku

Rusiyaya məxsus sualtı atom qayığında qəza baş verib, 20 nəfər həlak olub, 22 nəfər yaralanıb

Rusiyaya məxsus sualtı atom qayığında qəza baş verib, 20 nəfər həlak olub, 22 nəfər yaralanıb
# 09 noyabr 2008 16:29 (UTC +04:00)
Freon qazının püskürməsi nəticəsində 6 hərbçi və 14 mülki mütəxəssis həlak olub, 22 nəfər yaralanıb. Qayığın göyərtəsində 81-i hərbçi olmaqla, ümumilikdə 208 nəfər olub.

Zərərçəkənlər “Admiral Tributs” gəmisi vasitəsilə evakuasiya olunub, sonradan isə xəstəxanaya çatdırılıblar. Qayıq, həmçinin qayığın reaktor hissəsi qəza nəticəsində zərər çəkməyib, radiasiya fonu normada qalıb. Qayıq artıq “Bolşoy Kamen” bazasına qayıdıb.

Faktla bağlı Rusiya Federasiya Prokurorluğu yanında İstintaq Komitəsi cinayət işi başlayıb.

“İnterfaks”ın məlumatına görə, Primoryenin qubernatoru Sergey Darkin həlak olanların ailəsinə 100 min rubl ayrılması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, noyabrın 10-da yerli vaxtla saat 10.00-da Vladivostokun Pokrovsk kilsəsində həlak olanların xatirəsinə matəm mərasimi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR