Bank Of Baku

Dmitri Medvedev Rusiya prezidentinin səlahiyyət müddətinin artırılması ilə bağlı Konstitusiya dəyişikliyini parlamentə təqdim edib

Dmitri Medvedev Rusiya prezidentinin səlahiyyət müddətinin artırılması ilə bağlı Konstitusiya dəyişikliyini parlamentə təqdim edib
# 11 noyabr 2008 15:57 (UTC +04:00)
Moskva-APA. Rusiya prezidenti Dmitri Medvedev dövlət başçısının və parlamentin səlahiyyət müddətinin artırılmasına dair Konstitusiya dəyişikliklərini parlamentin müzakirəsinə təqdim edib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, prezident dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 6 ilə, Dövlət Dumasının səlahiyyəti müddətinin isə 5 ilə artırılmasını təklif edib. Rəsmi Kreml bəyan edib ki, bu dəyişikliklər indiki parlament və prezidentə şamil edilməyəcək. Konstitusiyaya bu dəyişikliklərin edilməsi üçün referendum keçirilməsi tələb olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR