Bank Of Baku

Ukrayna prezidenti dekabr ayında seçki keçirməyə ehtiyac görmür

Ukrayna prezidenti dekabr ayında seçki keçirməyə ehtiyac görmür
# 12 noyabr 2008 08:40 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko dekabr ayında növbədənkənar seçki keçirilməsindən imtina etdiyini və seçkilərin 2009-cu ildə baş tuta biləcəyini deyib. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, V. Yuşşenko bir qrup jurnalistlə görüşündə Yeni il bayramının qeyd edildiyi ilin sonunda seçki keçirməyə lüzum görmədiyini bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti bu gün maliyyə böhranı ilə bağlı geniş müşavirə keçirəcək. Müşavirədə parlamentin sədri, baş nazir, nazirlər, parlament fraksiyalarının liderləri, yerli idarəetmə orqanlarının, sənaye müəssisələrinin rəhbərləri, iqtisadçı ekspertlər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR