Bank Of Baku

Ermənistan gələn ilin yanvarından Türkiyəyə məhsul ixracına başlayacaq

Ermənistan gələn ilin yanvarından Türkiyəyə məhsul ixracına başlayacaq
# 12 noyabr 2008 09:15 (UTC +04:00)
APA-nın məlumatına görə, Ermənistan Sənayeçilər və İş Adamları Birliyinin rəhbəri Arsen Kazaryan bildirib ki, Türkiyə ilə sərhədlərin bağlı olması hər il Ermənistan iqtisadiyyatına 500 milyon dollar zərər vurur: “Hazırda TÜSİAD ilə Ermənistan məhsullarının qanuni yolla ixracı sahəsində danışıqlarımız davam edir. Əgər ticarət əlaqələri sazişi həyata keçirilərsə, siyasi münasibətlərin normallaşmasını gözləməyə ehtiyac qalmayacaq”.

Arsen Kazaryan ilkin mərhələdə Türkiyəyə “Rusal-Armentel” şirkətinin məhsullarının idxalının gündəmdə olduğunu deyib: “Türkiyə bazarında alüminium folqaya ciddi ehtiyac var, amma təəssüf ki, Ermənistanın istehsal etdiyi mallar Türkiyəyə üçüncü dövlətlər vasitəsilə çatdırılır. Əgər leqal ixraca başlasaq, Ermənistanda bütün istehsalçıların işi asanlaşacaq. Biz siyasətçilərdən bir addım öndə olmalıyıq”.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 2,2 dəfə artaraq 185 milyon dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR