Bank Of Baku

Ukrayna parlamentinin sədri istefaya göndərilib

Ukrayna parlamentinin sədri istefaya göndərilib
# 12 noyabr 2008 12:00 (UTC +04:00)
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, zalda qeydiyyatdan keçmiş 350 deputatdan 233-ü qərarın lehinə səs verib. Qərar qəbul etmək üçün 226 səs kifayət etdiyindən spiker vəzifədən kənarlaşmış sayılıb. Regionlar Partiyasından 175, Kommunist Partiyasından 27, Litvinin blokundan 20, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokundan 10, “Yuliya Timoşenko” blokundan isə 1 deputat istefanı dəstəkləyiblər. Səsvermə reqlamentdə nəzərdə tutulduğu kimi bülletenlə, gizli şəkildə deyil, “Rada” elektron səsvermə sistemi ilə keçirilib. Səsvermədən əvvəl “Yuliya Timoşenko” blokunun üzvləri “Rada” sistemini sıradan çıxarmağa çalışıblar. Sistemin yerləşdiyi mərtəbədə bu deputatlarla Regionlar Partiyasının üzvləri arasında əlbəyaxa dava olub. Dava-dalaş zamanı kompüter texnikasının yerləşdiyi məkanı digər hissədən ayıran şüşə sındırılıb. Parlamentin sədr müavini, RP-dən olan Aleksandr Lavrinoviç baş prokuroru xuliqanlıq edən deputatlar haqqında tədbir görməyə çağırıb.
Xatırladaq ki, A. Yasenyuk “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun siyahısı ilə deputat seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR