Bank Of Baku

Yuliya Timoşenko: “Arseni Yasenyuk prezidentin göstərişi ilə istefaya göndərilib”

Yuliya Timoşenko: “Arseni Yasenyuk prezidentin göstərişi ilə istefaya göndərilib”
# 12 noyabr 2008 13:09 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın baş naziri Yuliya Timoşenko Ali Radanın sədri Arseni Yasenyukun prezident Viktor Yuşşenkonun göstərişi ilə istefaya göndərildiyini bildirib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Y. Timoşenko A. Yasenyukun vəzifədən uzaqlaşdırılmasını parlamentdəki demokratik komandanın tabutuna son mismarı vurmaq və demokratik koalisiyanın bərpasına olan ümidləri məhv etmək cəhdi kimi qiymətləndirib. O, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun bir hissəsinin spikerin istefasına səs verdiyini xatırladıb: “Bütün siyasətçilər üçün tam aydındır ki, prezidentin birbaşa təlimatı olmadan Ali Radanın sədrini kənarlaşdırmaq mümkün olmazdı. Süni günahkarlar axtarmağa ehtiyac yoxdur. Arseni Yasenyukun istefasına görə məsuliyyət bilavasitə prezidentin üzərinə düşür”. Y. Timoşenkonun fikrincə, V. Yuşşenko bununla növbədənkənar parlament seçkilərinin yolunu açmaq istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR