Bank Of Baku

Viktor Yuşşenko Yuliya Timoşenkonu yalançı, ikiüzlü və satqın adlandırıb

Viktor Yuşşenko Yuliya Timoşenkonu yalançı, ikiüzlü və satqın adlandırıb
# 12 noyabr 2008 16:58 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko parlamentin sədri Arseni Yasenyukun istefaya göndərilməsi ilə bağlı baş nazir Yuliya Timoşenkonun açıqlamalarına şərh verməkdən imtina edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko Y. Timoşenkonun bu cür mövqeyinin hörmətə layiq olmadığını bildirib: “Bu, yalançılıq, ikiüzlülük və satqıncasına dilə gətirilmiş mövqedir”. Prezident hökumət başçısının parlamentdə baş verənlər haqda söylədiklərini də tənqid edib: ”Baş nazir heç olmasa, ildə bir dəfə həqiqəti söyləməlidir”.
Ali Radanın sədri Arseni Yasenyukun vəzifədən kənarlaşdırılmasına da toxunan dövlət başçısı bunu sabitliyə qarşı yönəlmiş addım adlandırıb. O, A. Yasenyuka inandığını vurğulayıb: “Onu bu vəzifəyə mən tövsiyə etmişdim və əminəm ki, bunda səhv etməmişəm”.
Xatırladaq ki, Y. Timoşenko A. Yasenyukun prezidentin göstərişi ilə vəzifədən uzaqlaşdırıldığını demişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR