Bank Of Baku

Ukraynada “Qolodomor” qurbanlarının sayı dəqiqləşdirilib – 3,5 milyon nəfər

Ukraynada “Qolodomor” qurbanlarının sayı dəqiqləşdirilib – 3,5 milyon nəfər
# 13 noyabr 2008 07:29 (UTC +04:00)
APA-nın məlumatına görə, tədqiqatlar zamanı 1932-33-cü illərdə Ukraynada 3,5 milyon nəfər insanın aclıqdan dünyasını dəyişdiyi müəyyənləşib. “Qolodomor” zamanı Ukrayna şəhərlərində 15-60 yaş arasında əmək qabiliyyətli əhali qrupundan 940 min nəfər, 262 min qoca və 800 min uşaq vəfat edib. Kəndlərdə isə 600 əmək qabiliyyətli insan, 242 min qoca və 594 min uşaq aclığın qurbanı olub. Tədqiqatçılar 1933-cü ilin mart-iyul aylarında əvvəlki 5 ildə ölənlərin sayı qədər insanın vəfat etdiyini müəyyənləşdiriblər. “Qolodomor” zamanı Kiyev, Xarkov, Vinnitsa, Çerniqov, Odessa və o zaman Ukraynanın tərkibinə daxil olan Moldova Muxtar Respublikası ən çox qurban verən bölgələrdir. Qeyd edək ki, 1932-33-cü illərdə SSRİ ərazisində baş verən kütləvi aclıq “Qolodomor” adlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR