Bank Of Baku

Rusiyanın əhalisi yaxın 40 ildə 34 milyon nəfər azalacaq

Rusiyanın əhalisi yaxın 40 ildə 34 milyon nəfər azalacaq
# 13 noyabr 2008 08:16 (UTC +04:00)
Nyu-York-APA. 2050-ci ilə kimi Rusiyanın əhalisi 34 milyon nəfər azalacaq. APA-nın məlumatına görə, bu proqnoz BMT-nin hazırladığı “Dünya əhalisi - 2008” hesabatında öz əksini tapıb. Hazırda Rusiyada 141,8 milyon nəfər yaşayır, 2050-ci ildə bu rəqəm 107,8 milyon nəfərə enə bilər. Bundan başqa 40 il sonra Rusiya əhalisinin 73 faizinin şəhərlərdə məskunlaşacağı qeyd olunur. Hazırda 6,7 milyard nəfər əhalisi olan planetin sakinlərinin sayı 2050-ci ildə 9,2 milyard nəfərə çatacaq. Əhali artımı əsasən inkişaf etməkdə olan ölkələrin hesabına baş verəcək. Qeyd edək ki, hazırda dünya əhalisinin 1/5 hissəsi Çində yaşayır. Bu siyahıda Çini Hindistan və ABŞ izləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR