Bank Of Baku

Vladimir Litvin yenidən Ukrayna Ali Radasının sədri seçilə bilər

Vladimir Litvin yenidən Ukrayna Ali Radasının sədri seçilə bilər
# 13 noyabr 2008 09:31 (UTC +04:00)
Kiyev – APA. Ukrayna parlamentində xalq deputatı Vladimir Litvinin Ali Radanın sədri seçilməsi haqqında qərar layihəsi qeydiyyatdan keçib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, qərar layihəsinin müəllifi “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun üzvü Aleksandr Omelçenkodur. Layihəyə əlavə edilən izahatda bildirilib ki, layihə parlamentin fasiləsiz və effektiv işinin, Konstitusiya və qanunların, eləcə də Ali Radanın reqlamentinin yerinə yetirilməsinin təmin olunması məqsədilə irəli sürülüb.
Xatırladaq ki, 1956-cı il təvəllüdlü V. Litvin 2002-2006-cı illərdə Ali Radanın sədri olub. Ukrayna Milli Elmlər Akademiyasının vitse-prezidenti və tarix elmləri doktoru olan V. Litvinin parlament blokunda 20 deputat var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR