Bank Of Baku

Ukrayna XİN Rusiyanın Kiyevdəki səfirliyinə nota verib

Ukrayna XİN Rusiyanın Kiyevdəki səfirliyinə nota verib
# 13 noyabr 2008 12:42 (UTC +04:00)
Kiyev – APA. Rusiyanın Kiyevdəki səfirliyinin müşaviri Vsevolod Loskutov Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, nota Kiyevin “Hyatt” otelində keçirilməsi planlaşdırılan və təşkilatçılarından biri Rusiya səfirliyi olan provokativ antiukrayna aksiyası ilə bağlıdır. Ukrayna XİN-dən bildiriblər ki, bu tədbir zamanı gürcü-osetin münaqişəsi haqqında “Satqınlıq sənəti” adlı videosüjet nümayiş etdirilməliymiş: “Rusiya xüsusi xidmət orqanlarının quraşdırdığı videomaterialda tamaşaçıya guya Ukrayna vətəndaşlarının Rusiya ilə Gürcüstan arasındakı münaqişədə iştirakı, Ukraynanın qeyri-qanuni olaraq Gürcüstana silah göndərməsi və digər yalanlar sırınır”. Ukrayna XİN Rusiya səfiri Viktor Çernomırdin və səfirlik əməkdaşlarının tədbirdə iştirak etmək istəməsi və videosüjetin nümayişinə icazə verməyən otel rəhbərliyinə təzyiq göstərməsini hiddətlə qarşılayıb. V. Loskutovun nəzərinə çatdırılıb ki, bu cür hərəkətlər qəbuledilməzdir və diplomatik nümayəndəliyin statusu, eləcə də beynəlxalq hüquq normaları ilə bir araya sığmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR