Bank Of Baku

Dmitri Medvedev Viktor Yuşşenkoya sərt məzmunlu məktub göndərib

Dmitri Medvedev Viktor Yuşşenkoya sərt məzmunlu məktub göndərib
# 14 noyabr 2008 09:48 (UTC +04:00)
Moskva – APA. Rusiya prezidenti Dmitri Medvedev ukraynalı həmkarı Viktor Yuşşenkoya göndərdiyi məktubda rəsmi Kiyevin “Qlodomor”la bağlı mövqeyini tənqid edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, D. Medvedev bu mövqenin xalqları bir-birindən ayırmağa xidmət etdiyini bildirib və Ukraynanı bu məsələyə dair birgə yanaşmanın formalaşdırılması üzərində işləməyə çağırıb: “Biz aydın şəkildə görürük ki, bu mövzu NATO-nun “hazırlıq sinfinə” dəvət almaq istiqamətində israrlı səylərlə bərabər Ukrayna xarici siyasətinin az qala mərkəzi elementinə çevrilib. 1930-cu illərdə Ukraynada baş vermiş faciəvi hadisələrdən anlıq konyuktur siyasi məqsədlərə çatmaq üçün istifadə edilir”.
D. Medvedevin fikrincə, Ukrayna rəhbərliyinin cəhdləri çoxəsrlik tarixi, mədəni, mənəvi bağların, xüsusi dostluq hissləri və qarşılıqlı etimadın birləşdirdiyi iki xalqı bir-birindən ayırmağa yönəlib. Rusiya prezidenti hesab edir ki, “Qolodomor” mövzusunun beynəlxalq təşkilatlarda müzakirəsi heç bir nəticə verməyəcək. O, Qazaxıstandan, Belarusdan və digər maraqlı ölkələrdən də ekspertlər cəlb etməklə bu məsələyə dair birgə yanaşma formalaşdırmağa çağırıb: “Hələliksə, qeyd etdiklərimi nəzərə alaraq “Qolodomor”un 75 illiyi ilə bağlı Ukraynada keçiriləcək tədbirlərdə iştirakımı mümkün saymıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR