Bank Of Baku

Rusiyada prezidentin səlahiyyət müddətinin artırılması barədə qanun layihəsinin müzakirəsinin vaxtı müəyyənləşib

Rusiyada prezidentin səlahiyyət müddətinin artırılması barədə qanun layihəsinin müzakirəsinin vaxtı müəyyənləşib
# 14 noyabr 2008 14:10 (UTC +04:00)
Moskva-APA. Rusiya Dövlət Duması prezident və deputatların səlahiyyət müddətinin artırılması barədə Konstitusiyaya təklif olunan dəyişikliklər barədə qanun layihəsini noyabrın 19-da ikinci və üçüncü oxunuşda müzakirə edəcəklər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə parlamentin aşağı palatasının spikeri Boris Qrızlov məlumat verib. Qeyd edək ki, deputatlar Konstitusiyaya təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul ediblər. Təklif olunan dəyişikliklərə görə, Rusiya prezidentinin səlahiyyət müddəti 6 ilədək, deputatların səlahiyyət müddəti isə 5 ilədək artırılacaq. Parlamentdə ilk müzakirələrdən sonra keçirilən səsvermədə yalnız kommunistlər dəyişikliklərin əleyhinə səs veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR